Sen 30, 2020 02:40 Asia/Baku
  • Ayətullah Amili Qarabağda gedən son döyüşlər barədə bəyanat yayıb

Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdıbilin İmam Cüməsi son qarabağ döyüşləri barədə bəyanat yayıb.

SəhərAzəri xəbər verir, Ayətullah Seyyid həsən Amili son günlərdə Azərbaycan Respublikası və Ermənistan arasında gedən müharibə barədə bəyanat yayaraq Azərbaycan hökumətinin işğal olunmuş torpaqları geri almağa təşəbbüs etməsini qanuni hərəkət adlandırmışdır.  

Bəyanatda oxuyuruq:

Bismillahir-Rəhmanir-Rəhim

 

الَّذِينَ إِذا أَصابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ (شوری39)

 وَ لَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولئِكَ ما عَلَيْهِمْ مِنْ سَبِيلٍ (شوری 41)

Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər). (Əş-Şura surəsi 39) Zülmə mə’ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).(Əş-Şura surəsi 39)

 Azərbaycan hökumətinin qəsb olmuş torpaqları geri almağa təşəbbüs etməsi tam qanuni və şər’idir və beynəlxalq normalara əsasən hər bir hökumətin öz ərazisini müdafiə etməyə və digər ölkələrdən yardım almağa haqqı var.

Biz islami İranda İslam İnqilabının fəlsəfəsinə əsasən məzlumu müdafiə etməni və zalımla mübarizəni öz dini, insani və islami vəzifəmiz bilirik.

.

İslami İran Qur’ani kərimin

رَبِّ بِما أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيراً لِلْمُجْرِمِينَ

Ey Rəbbim! Mənə bəxş etdiyin ne’mət haqqı (günahımı bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!  (Əl-Qisəs surəsi 17-ci ayə)

وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ

Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!  (Hud surəsinin 113-cü ayəsi)

Ayələrinə əsasən heç vaxt zalımların kənarında dayanmayacaq.

Bu vasitə ilə son qələbələr münasibətilə böyük Azərbaycan xalqını təbrik edir, Qarabağın bütövlükdə azad edilməsini Mütəal olan Allahdan diləyirik.

Azərbaycan xalqının yaddaşından silinməz ki islami İran hər bir ölkədən yüksək olaraq Azərbaycanın çətin günlərində, xüsusilə qarabağın işğalının ilk günlərində Azərbaycanın kənarında olub və psixi hücumlar, namərdcəsinə ittihamlar və yalançı təsvirlər iki xalqı biri birindən ayırmayacaq.

Bu ittihamlar, uydurmalar və gecəli gündüzlü məkirlər iki xalq arasındakı dərin bağlılıqlar qorxusundan və çin olmayacaq röyalara çatmaq niyyətindən mənşə alır.

Şübhəsiz “Azərbaycana təmənnasız yardımlar” İrana məxsusdur və İrana məxsus da qalacaq.

Həqqa ki Azərbaycan xalqı dərrakəli və zəkalıdır və qeyd olunan nüktəyə hər kəsdən daha artıq və daha yaxşı vaqifdir.

Mütəal olan Allahdan  Qarabağın bir milyon müsəlman didərgin və qaçqını üçün tezliklə öz vətəninə geri dönməsini, qarabağ cəbhəsindəki haqq müdafiəçilərinə səhhət, salamatlıq, fəth və zəfər, bu dəyərli müdafiə şəhidləri üçün ülvi və yüksək dərəcələr diləyirəm.

Seyyid Həsən Amili

7 Mehr 1399 (28 Sentiyabr 2020)

Ərdəbil

 

 

Teqlər