Okt 07, 2020 09:13 Asia/Baku
  • Sepah-ın iki radar sistemi İranın HHM şəbəkəsinə qoşulub

Sepah-ın hava-kosmos qüvvələri tərəfindən düzəldilmiş iki «Qədir» radar sistemi İranın radar sisteminə qoşulub.

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələri tərəfindən düzəldilmiş uzaq mənzili iki «Qədir» radar sisteminin İranın radar sisteminə əlavə olunması mərasimi Xatəmulənbiya(s.ə.s.) Hava Hücumundan Müdafiə Qərargahının komandanı general-mayor Seyyid Əbdurrəhim Musəvi və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin iştirakı ilə İranın Yəzd şəhərində keçirilib.

Üçölçülü «Qədir» radarı ilk dəfə 2013-cü ildə Sepah tərəfindən təqdim olunub və indiyədək bu tipdən olan səkkiz radar sistemi ölkə boyu quraşdırılaraq, işə salınıbdır.

"Qədir" radarı/ fırlanma və mexaniki hərəkəti olmayan, 360 dərəcəlik əhatə dairəsi olan, min kilometrlik bir məsafəni əhatə edən dördölçülü formada olan çox sayda ötürücü və qəbuledicilər birləşməsindən ibarət etaplı anetenna seriyasıdır.

İran İslam Respublikası radar və lokator sistemlərinin təmini sahəsində iqtisadi cəhətdən müstəqildir və dünyada radar düzəldən 20 başlıca ölkə arasında onuncu yerdə durur.

Teqlər