Okt 12, 2020 16:36 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi oktyabrın 18-i səhər saatlarından etibarən İran silahlarının ixracı və idxalı üçün lisenziyalaşdırma sisteminin sona çatacağını bildirib.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında 18 oktyabrın ABŞ-ın məğlubiyyəti günü olduğunu bəyan edərək, deyib: "18 oktyabrda həm İran silahlarının ixracı və idxalı üçün lisenziyalaşdırma sisteminin ləğv olunacaq, həmdə 23 hüquqi şəxsin səyahətinə qoyulan qadağa aradan qaldırılacaq".

Xatibzadə qeyd edib ki, ABŞ bütün təxribatlar, hilələr və qərəzli hərəkətlərə baxmayaraq, heç bir şey edə bilmədi və İran bir daha ABŞ-ın iddia etdiyi qədər güclü olmadığını sübut etdi".

Teqlər