Okt 16, 2020 07:17 Asia/Baku
  • İran Qarabağ münaqişəsi tərəflərinə xəbərdarlıq edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü atılmış mərmi və raketlərin İran ərazisinə düşmələri ilə bağlı Qarabağ münaqişəsi tərəflərinə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə bir neçə raketin İranın sərhəd bölgələrinə düşməsinə reaksiyada deyibdir ki, bu kimi gülləbaranların təkrar ediləcəyi təqdirdə İran İslam Respublikası məsələyə biganə qalmayacaqdır.

Xətibzadə bildirib ki, bu kimi laqeydsizliklər heç bir vəchlə qəbulediləsi deyildir. O, deyib: Sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyi və asayişinin qorunması İran İslam Respublikasının silahlı qüvvələrinin qırmızı xətti hesab olunur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sonda İranın sərhəd qüvvələri tərəfindən cavab addımının atılmasına dair şayiələqri təkzib edibdir.

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Xudafərin rayonunun icra başçısı Əli Əmiriye-rad bildiribdir ki, cümə axşamı günü Ermənistan və Azərbaycan Respublikası qüvvələri arasında Qarabağ bölgəsində gedən döyüşlər zamanı bu rayonda yerləşən Kədxudalı və Qulubəyli kəndlərinə on ədəd hərbi raket düşübdür.

Qarabağ bölgəsində döyüşlərin başlandığı zamandan bəri Xudafərin rayonunun kəndlərinə əllidən çox mərmi düşübdür.

İranın Xarici İşlər Nazirliyi bundan öncə rəsmi bir notada/ atılmış mərmi və raketlərin İran ərazisinə düşmələri ilə bağlı İran İslam Respublikası dövlətinin kəskin etirazlarını Ermənistan ilə Azərbaycan Respublikasına bəyan etmişdi.

Teqlər