Okt 17, 2020 07:52 Asia/Baku
  • Sərdar Hecazi:

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandan əvəzi ABŞ prezidentinin general Süleymanninin şəhid edilməsindən sonra regionun amerikalılar üçün daha təhlükəsiz olubdur deməsinə reaksiyada, deyib: "Əgər region sizin üçün daha təhlükəsiz hala gəlibdirsə, niyə qaçırsız"?

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandan əvəzi briqada generalı Seyid Məhəmməd Hecazi cümə günü Tehranda "Qürbətdəki Mücahidlər" mövzusunda keçirilən beşinci beynəlxalq iclasdan sonra vurğulayıb: "ABŞ qüvvələri bütün dünyada panika içərisindədirlər".

General Hecazi əlavə edib: "ABŞ Əfqanıstandan sürətlə qaçmaq istəyir və bölgədən bu şəkildə çıxmaq qorxu səbəbindəndir, çünki, region onlar üçün təhlükəli olubdur".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandan əvəzi bu gün ABŞ-ın yalnız və həmişəkindən daha çox təcrid olunduğunu bəyan edərək, qeyd edib ki, müqavimət cərəyanı davam edir və davam edəcək də və təcrübə sübut edibdir ki, müqavimət mehvəri daima qələbə qazanmaqda və inkişaf etməkdə olub, düşmənlərə isə yalnız uğursuzluq və rüsvayçılıq nəsib olub.

General Hecazi, həmçinin bəzi ərəb ölkələri ilə sionist rejim arasında  əlaqələrin normallaşdırılmasına da toxunub və deyib: "Bölgədəki müsəlman xalqlar bu cür hərəkətlərə qətiyyən qarşıdırlar".

Fələstin və gələcək dünya quruluşu əsas götürülərək, "Qürbətdəki Mücalidlər" adlı beşinci beynəlxalq iclas cümə günü Tehranda keçirilib.

Bu iclasda dünya hegemonçuları ilə mübarizə bayrağını çiyinlərində gəzdirən  Nigeriya, Yəmən, Fələstin, Livan və Bəhreyndən gələn nümayəndələrdən təqdir edilib. 

Teqlər