Okt 20, 2020 13:16 Asia/Baku
  • Dünya şiələrinin səkkizinci imamının hərəmi üzərində yaşıl bayraq qaldırırlıb

Rəbiül-əvvəl ayının üçündə dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın pak hərəminin günbəzi üzərində yaşıl bayraq qaldırılıb.

SəhərAzəri xəbər verir, ismət və paklıq əhli-beytinə (ə) əzadarlıq nişanəsi və dünya şiələrinin 3-cü imamı, imam Hüseyn(ə)-ın müqəddəs sahətinə hörmət əlaməti olaraq, məhərrəm ayının əvvəlində imam Rza(ə)-ın pak hərəminin günbəzi üzərində qaldırılan qara bayraq, bu gün 63 gündən sonra Rəzəvi yaşıl bayraqla əvəz edilib.

Həmçinin iki ay əzadarlıqdan sonra Rəbiül-əvvəl ayının üçüncü günü səhər saatlarında imam Rza (ə)-ın mütəhhər hərəminin nağaraxanası çalmağa başlayıb və və dünya şiələrinin səkkizinci imamının pak zirehinin örtüyü də dəyişdirilib.

Mütəhhər Rəzəvi hərəminin bayrağı dini bayramlar və "əimmeyi-məsumin" (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə ildə bir neçə dəfə dəyişdirilir, Lakin ən çox məhərrəm və səfər aylarında qaraya bürünür.

Teqlər