Okt 20, 2020 16:53 Asia/Baku
  • İranın 35 universiteti dünyada ən yaxşılar sırasındadır

İranın 35 universiteti, İslam Dünyası İstinad Bazası tərəfindən ilk dəfə olaraq, aparılan dünya universitetlərinin tematik reytinqində parlayıb.

SəhərAzəri İRNA-nın məlumatına istinadən xəbər verir, İslam Dünyası İstinad Bazasının sədri Məhəmməd Cavad Dehqani bir hesabatda, dünyanın iki mindən çox universitetinin 2019-cu ildəki ən son reytinqini açıqlayıb.

İslam Dünyası İstinad Bazasının tematik reytinqində, İranın 35 universiteti müxtəlif sahələr üzrə yüksək reytinq qazanıb.

Tehran, Əmirkəbir adına Sənaye, Şərif Sənaye, Elm və Texnologiya, İsfahan Sənaye universitetləri, həmçinin Şəhid Beheşti, Tərbiyət Müdarris, Məşhədin Firdovsi və Babolun Nuşirvani Sənaye Universitetləri İranın ən yüksək reytinq qazanmış universitetləri sırasındadırlar.

Teqlər