Okt 21, 2020 13:21 Asia/Baku
  • Müsəlmanlar sionist rejimlə saziş zillətinə heç bir vəchlə dözməyəcəklər

İnqilab Rəhbəri bildiriblər ki, müsəlmanlar sionist rejimlə saziş zillətinə heç bir vəchlə dözməyəcəklər.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri saytının tvitter hesabı bəzi ərəb ölkələrinin sionist rejimlə sazişlərinə reaksiyada yazıb: Müsəlman xalqlar sionist rejimlə saziş zillətinə heç bir vəchlə dözməyəcəklər.

Dünən axşamçağı yayılan bu tvittdə sonra deyilir: Qəsbkar sionist rejimlə müzakirə masası arxasına oturacaq hər bir rejimin öz xalqının yanındakı mövqeyi zəifləyəcəkdir.

Tvittin davamında deylir: Əgər amerikalılar bölgənin problemini bu formada həll edəcəklərini təsəvvür edirlərsə, yanılırlar.

Əmirliklərin və Bəhreynin xarici işlər nazirləri sentyabrın on beşində Ağ Ev-də Amerika prezidenti Donald Trampın və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirilən bir mərasimdə sionist rejimlə münasibətlərin adiləşdirilməsi barədə saziş imzaladılar.

Dünən ilk dəfə olaraq, əmirlklərdən olan bir nümayəndə heyəti işğal olunmuş Fələstinə səfər etdi. Bu heyətə əmirliklərin iqtisadiyyat naziri Abdullah bin Tuq da daxildir.

Teqlər