Okt 23, 2020 00:06 Asia/Baku
  • Briqada generalı Heydəri İranın Azərbaycan və Ermənistan ilə sərhədlərindən baxış keçirib

İranın Quru qoşunalarının komandanı Qarabağ münaqişəsi ətrafinda İran İslam Respublikasının Ermənistan və Azərbaycan Respublikası ilə sərhədlərindən baxış keçirib.

  SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İranın Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri oktyabrın 22-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin sərhədlərinin hərbi monitorinqi məqsədi ilə həyata keçirilən bu baxışda Qarabağ bölgəsindəki son vəziyyət barədə məlumatlandırılıb.

Briqada genaralı Heydərini baxış zamanı Xudafərin və Culfa şəhərlərinin icra başçıları, həmçinin Mərəndin 321-ci səyyar hücum diviziyasının komandiri və Culfa bölgəsinin sərhəd komandiri müşayiət ediblər.

Culfa bölgəsinin sərhəd komandiri münaqişəli bölgənin son vəziyyəti, döyüşən tərəflərin mərmilərinin İran ərazisinə düşdüyü məkan, habelə bölgədəki vəziyyət və Şərqi Azərbaycan vilayətinin sərhədləri barədə İranın Quru Qoşunlarının komandanına məruzə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında son döyüşlərin başlanmasından bəri İranın sərhəd kəndlərinə onlarla minaatan və raket mərmisi düşübdür.

Teqlər