Okt 23, 2020 16:06 Asia/Baku
  • Tehran Universiteti İranda 1-ci, Asiyada isə 58-dir

Tehran Universiteti «U.S. News» müəssisəsi tərəfindən elan olunan son təsnifata əsasən, 2021-ci ildə İranda ən yaxşı, Asiyada 58-ci, dünyada isə 387-ci mötəbər universitet kimi tanınıbdır.

SəhərAzəri xəbər verir, «U.S. News» müəssisəsi bu sıralamada 2021-ci il üçün dünyanın səksən altı ölkəsindən min beş yüz universiteti dəyərləndiribdir ki, bu arada Tehran Universiteti əlli dörd tam onda dörd xal toplayıbdır.

Bu təsnifatın ən mühüm göstəricisi, mötəbər nəşrlərdə dərc olunmuş məqalələr, beynəlxalq əməkdaşlıqlar miqdarı, həmçinin tədqiqat üzrə beynəlxalq və regional etibar olubdur.

Asiya qitəsindən 589 universitet dünyanın min beş yüz universiteti arasında qərar tapıb. Bu arada otuz altı universitet İranı təmsil edibdir.

Teqlər