Okt 23, 2020 21:42 Asia/Baku
  •  “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

İran İslam Respublikasının Bakıdakı səfiri, Azərbaycan Respublikası prezidentinin İranla sərhəd bölgələrinin azad edilməsi münasibətilə İran xalqına ünvanladığı təbrik müraciətinə reaksiyada deyib: "İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Seyid Abbas Musəvi cümə günü öz şəxsi Tvitter səhifəsində Azərbaycan Respublikası prezidentinə xitabən yazıb: "“Cənab Prezident, bədxahların mövcudluğu və müdaxiləsi olmadan İran və Azərbaycan arasındakı 760 km-lik dövlət sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq, qalacaq”.

"İranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir", - deyə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri əlavə edib. 

Qeyd edək ki, ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir tvitdə Qarabağda  Araz çayı boyunca İran İslam Respublikası ilə sərhəddə yerləşən yaşayış sahələri də daxil, 21 kəndin erməni qüvvələrinin işğalından azad olunduğunu elan edərək, İran və Azərbaycan xalqını təbrik edib.

 

 

Teqlər