Okt 24, 2020 17:18 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 450 mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə beş min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 335 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 814 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 169 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 562 min 705 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 335 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 32 min 320 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 450 min 891 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər