Okt 24, 2020 19:51 Asia/Baku
  • İranlı qapıçı Qərbi Asiyanın ən yaxşı qapıçısı seçilib

İranın Perspolis futbol komandasının qapıçısı Hamid Lək Asiya Fubol Konfederasiyası portalının 2020 Asiya Çempionlar Liqası üzrə ən yaxşı qapıçını seçmək üçün apardığı rəy sorğusuna əsasən, Qərbi Asiyanın ən yaxşı qapıçısı seçilib.

SəhərAzəri xəbər verir, Asiya Fubol Konfederasiyası Qərb bölgəsinin simvolik və ideal birləşməsini seçmək üçün bir rəy sorğusu aparıb ki, ilk növbədə ən yaxşı qapıçını seçmək istəyib.

Rəy sorğusunda İranın Perspilis komandasından Hamid Lək, Ərəbistanın Əl-Nəsr komandasından avstraliyalı qapıçı Brad Conz, Ərəbistanın Əl-Taavun komandasının braziliyalı qapıçısı Kasio, Birləşmiş Ərəb Əmirliklərinin Şəbab Əl-Əhli komandasının əmirlikli qapıçısı Macid Nasir və Qətərin Əl-Sədd komandasının qətərli qapıçısı Səəd Əl-Şeybin adı səsverməyə çıxarılıb.

Sonda 217 min 743 min nəfərin iştirak etdiyi rəy sorğusunda, Hamid Lək səslərin 97 faizini qazanaraq, birinci olub və Brad Conz da səslərin iki faizini qazanaraq, ikinci pillədə qərarlaşıb.

Hamid Lək Qərbi Asiya bölgəsi üzrə 2020 Asiya Çempionlar Liqasının 7 oyununda Perspolis üçün iki qol vurub və beş oyunda isə qol buraxmayıb.

İranın Perspolis komandasının qapıçısı, həmçinin rəqib komandaların zərbələri və möqelərinin 88,9 faizini dəf edib.

Teqlər