Okt 27, 2020 17:49 Asia/Baku
  • Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün İranın planı

Zərif, öz siyasi müavininin Şərqi Azərbaycan vilayətində olması və sonra Bakı, Moskva və İrəvana səfər etməsi barəsində bəhs edərək deyib: İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin daimi həllinə dair planı, ölkənin ən yüksək vəzifəli şəxslərinin Moskva və İrəvan tərəfindən təsdiqlənməsindən sonra həyata keçiriləcək.

SəhərAzəri xəbər verir, Bu gün Ölkəmizin xarici işlər naziri Məhəmməd Cavad Zərif İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında, Dağlıq Qarabağ məsələsi barədə nümayəndələr tərəfindən soruşulan sualin cəvabinda vurğulayıb: Hal hazırda Xarici İşlər Nazirinin Siyasi müavini Şərqi Azərbaycan vilayətindədir; Sonra Bakıya, Moskvaya və İrəvana səfər edəcək. İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin daimi həllinə dair bir plan hazırlayıb. Ölkənin yüksək vəzifəli şəxslərinin təsdiqi ilə bu plan bu gün və ya sabah təqdim ediləcək və bu planı Moskva və Yerevanda da ifadə edəcəyik. 
Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək, münaqişənin sülh yolu ilə və beynəlxalq sərhədlərin toxunulmazlığı ilə həll olunmasının vacibliyini vurğulayaraq deyib: Bir narahatlıq da var; o da Bölgədəki təkfirçi terrorçuların varlığıdir. Bu baxımdan mövqelərimizi açıq şəkildə bildirərkən bunun İran üçün dözülməz olduğunu da söyləmişik. 
Xarici İşlər Naziri sonda deyib: Ümid edirik ki, bu danışıqlar məsələlərin aydınlaşdırılmasına və ölkənin işinin irəliləməsinə kömək edəcəkdir.

Teqlər