Okt 28, 2020 19:18 Asia/Baku
  • Düşmən süni peyklərində anti-İran məzmunu hüquqi cəhətdən təqib olunacaq

İranın TeleRadio Təşkilatının sədri düşmən süni peyklərində anti-İran məzmununun hüquqi cəhətdən təqib edilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Əbdoləli Əli Əskəri dünən gecə Milli Medianın Hüquq Məsələləri üzrə İxtisaslaşdırılmış və Hüquqi Şurasının ilk yığıncağında deyib ki, 130-a yaxın farsdilli kanal və 140-a yaxın iranlı qövmlərin ləhcəsilə yayımlanan kanal irani-islami mahiyyətə və mədəniyyətə qarşı verilişlər yayır.

İran İslam Respublikasının TeleRadio Təşkilatının sədri virtual mühitdəki oxşar vəziyyətə və düşmənlərin bu meydandan İran İslam Respublikasına qarşı təxribat üçün istifadə etmələrinə işarə etməklə vurğulayıb ki, hüquqi cəhətdən bu hücumlar izilənilməli və zərərsizləşdirlməlidir.

Teqlər