Okt 29, 2020 00:43 Asia/Baku
  • İran təşəbbüs planını Azərbaycan Respublikasının prezidentinə təqdim edib

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı dünən axşam saatlarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb və Qarabağ münaqişəsinin həlli üçün İranın təklif etdiyi planı ona təqdim edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İraqçı bu görüşdən sonra öz Tvitter səhifəsində Azərbaycan Respublikası prezidenti ilə məsləhətləşmələrini müsbət və konstruktiv adlandırıb və yazıb: "Bu gün uzun bir müsbət və konstruktiv görüşdən sonra Qarabağda münaqişənin nizamlanmasına kömək etmək üçün İran regional planını Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevə təqdim etdim".

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Bakıya daxil olarkən Tehranın Qarabağ münaqişəsinin həlli barədə təklif etdiyi təşəbbüs planına işarə edərək, qeyd edib ki, İran bölgədə sülhün bərqərarına çalışır.

 Seyyed Əbbas İraqçı Bakıya səfərinin Azərbaycan Respublikası ilə Ermənistan arasındakı döyüşlərə son qoymaqda təsirli olan bəzi region ölkələrinə dövri səfər çərçivəsində həyata keçdiyini bildirərək, xatırladıb: "Səfərin əsas məqsədi İran İsam Respublikasının bu münaqişənin nizamlanması və Azərbaycan Respublikası və Ermənistan arasında və onun fonunda regionda davamlı sülhə nail olmaq üçün təklif etdiyi planı təqdim etməkdir".

İraqçı bu görüşdən əvvəl, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, xarici işlər naziri Ceyhun Bayramov və baş nazir müavini Şahin Mutafayev ilə görüşüb, fikir mübadiləsi aparıb.

İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi bu gecə Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinin davamında bu ölkə prezidentinin köməkçisi Hekmət Hacıyev ilə görüşəcək.

Azərbaycan rəsmiləri ilə görüşdən sonra İraqçi İranın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təşəbbüs planını təbliğ etmək üçün Moskva və İrəvana, daha sonra isə Ankaraya səfər edəcək.

Teqlər