Okt 29, 2020 12:51 Asia/Baku
  • 34-cü Beynəlxalq İslami Birlik Konfransı işə başlayıb

34-cü Beynəlxalq İslami Birlik Konfransı İslam dünyasının 167 parlaq simasının iştirakı ilə virtual formatda işə başlayıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, 37 ölkədən gələn İslam dünyasının 167 tanınmış siması, həmçinin 120 daxili natiqlər vebinar formatda konfransın mövzuları ilə əlaqədar çıxış edəcəklər.

Fəlakət və müsibətlər qarşısında İslami əməkdaşlıq, Qərbin Fələstin amallarına xəyanəti və sionist rejim ilə münasibətləri normallaşdırmanın təsirlərini neytrallaşdırmaqda müqavimət mehvərinin rolu, həmçinin İslamın böyük sərkərdəsi Hacı Qasim Süleymaninin İslam dünyasının birliyi və təhlükəsizliyi sahəsindəki rolu bu konfransın əsas müzakirə predmetlərindəndir.

Bu konfransda İslam dünyasının vacib həqiqi və hüquqi simaları, həmçinin İslam dünyası və İslam ölkələrinin birliyi ilə əlaqədar məzmunlar üzərində çalışan Radio Vəhdət və Viki Vəhdət İnformasiya portalı işə salınacaq.

Bu konfransın bağlanış mərasimi bazar ertəsi (noyabrın 2-i) Rəbiül-Əvvəl ayının 16-ı  və əziz İslam peyğəmbərinin (s.ə.s) viladəti gecəsi ilə eyni zamanda keçiriləcək.

Teqlər