Okt 29, 2020 14:43 Asia/Baku
  • Ruhani Türkiyənin Milli gününü təbrik edib

İran İslam Respublikası prezidenti bir müraciətdə Türkiyənin Milli gününü təbrik edərək, hazırkı beynəlxalq vəziyyət və koronavirus pandemiyası dövründə iki böyük qonşu ölkənin ikitərəfli əlaqələrinin qorunması vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani Türkiyə prezidentinə ünvanladığı təbrik müraciətində Türkiyənin (29 oktyabr) Milli gününü səmimi qəlbdən təbrik edib, ona və bu ölkə xalqına xitabən yazıb: "Türkiyə Cümhurəyyətinin müstəqillik gününün Rəbiül-Əvvəl ayının 12-i, əziz İsam Peyğəmbərinin (s.ə.s) səadətli viladətinin ildönümü gününə təsadüf etməsini əlamətdar bir hadisə kimi dəyərləndirir və Türkiyə xalqına xeyirli, bərəkətli günlər arzu edirəm".

Müraciətində davamında deyilir: "İran və Türkiyə milləti arasında mədəni və tarixi bağlılıqları nəzərə alaraq, hazırkı dönəmdə iki ölkənin dostluq və qardaşlıq əlaqələrinin keçmişdəkindən daha çox möhkəmlənməsinə və müxtəlif iqtisadi, siyasi, elm və səhiyyə sahələri üzrə əməkdaşlıqlar üçün mövcud imkanların müəyyən edilməsi və diqqət mərkəzində saxlanılmasına ümid edirəm".

Teqlər