Okt 30, 2020 14:29 Asia/Baku
  • Ceyhun Bayramov İrana təşəbbüs planına görə, təşəkkür edib

Azərbaycan Respublikasının xarici işlər naziri İran İslam Respublikasının Qarabağ münaqişəsinin dinc həlli üzrə vasitəçilik rolu və təklifinə görə təşəkkür edir.

SəhərAzəri xəbər verir, Ceyhun Bayramov  Rusiyanın «Ria Novosti» xəbər agentliyi ilə müsahibədə deyib: "İran İslam Respublikasının Qarabağ münaqişəsinin həllində təyinedici rolu vardır və Tehranın münaqişənin dinc yolla həll edilməsi üçün vasitəçilik təklifini yüksək dəyərləndiririk".

Azərbaycan Respublikasının diplomatiya aparatının başçısı əlavə edib: "İran İslam Respublikası dəfələrlə münaqişənin sülh yolu ilə nizamlanması üçün Bakı və İrəvan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib".

İranın xarici işlər nazirliyinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı oktyabrın 28-də Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün İranın təklif etdiyi təşəbbüs planını təqdim etmək üçün regional bir səfər çərçivəsində Bakıya səfər edib və bu ölkə prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov, habelə bu ölkənin bir neçə digər rəsmisi ilə də görüşüb və fikir mübadiləsi aparıb.

Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi qarşıdurmalar sentyabrın 28-dən başlayıb və beynəlxalq vasitəçilərin təşəbbüsü ilə üç dəfə atəşkəs razılaşmasının əldə edilməsinə baxmayaraq, tərəflər arasında şiddətli döyüşlər davam edir.

Teqlər