Noy 02, 2020 21:30 Asia/Baku
  • Əziz islam peyğəmbəri (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri günü mübarək olsun!

Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, bu gün çərşənbə axşamı 1442-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 17-i, 2020-ci milad ili noyabrın 3-ü əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümünə günüdür.

Sünni tarixinə əsasən 12 Rəbiül-Əvvəl islam peyğəmbərinin viladətinə təsadüf edir və şiələr də 17 Rəbiül-Əvvəli Allah rəsulunun viladəti hesab edirlər. İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə 12-17 Rəbiül-Əvvəl Vəhdət Həftəsi olaraq, adlandırılıb.

Bundan əvvəlki illərdə, İranın müxtəlif yerlərində vətəndaşlar, şiə və sünni birlikdə, məscidləri, mənzilləri, küçələri, mağazaları rəngli bayraqlar və çıraqlarla bəzəyərək mərasim təşkil edir, şirni və noğul palyayır və bu səadətli günü şənlik edirdilər, Lakin bu il koronavirus pandemiyası səbəbindən bu şənlik mərasimləri tam fərqli şəkildə keçiriləcək.

İran İslam Respublikasının Teleradio Təşkilatı sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) və Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanları və dünyanın azadlıqsevərlərini təbrik edir.

Teqlər