Noy 02, 2020 21:44 Asia/Baku
  • İslam İngilabının Böyük Rəhbəri əziz İslam Peyğəmbərinin (s) viladətinin ildönümü münasibətilə çıxış edəcək

İslam İngilabının Böyük Rəhbəri sabah Rəbiül-Əvvəl ayının 17-i əziz islam peyğəmbəri Həzrət Rəsuli-Əkrəm (s.ə.s) və Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günündə Tehran vaxtı ilə saat 10:30-da televiziyada çıxış edəcəklər.

SəhərAzəri xəbər verir, Ali məqamlı rəhbərin bu çıxışı İran İslam Respublikası Teleradio Təşkilatının kanalları vasitəsilə canlı şəkildə yayımlanacaq.

Sabah çərşənbə axşamı 1442-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 17-i, 2020-ci milad ili noyabrın 3-ü əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümünə günüdür.

Sünni tarixinə əsasən 12 Rəbiül-Əvvəl islam peyğəmbərinin viladətinə təsadüf edir və şiələr də 17 Rəbiül-Əvvəli Allah rəsulunun viladəti hesab edirlər.

Özü İslam Dünyasında vəhdət carçılarından olan İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (r.ə) bu məsələdən islami qrupların birliyi və yaxınlaşması üçün istifadə edərək, bu iki tarix arasındakı müddəti "Vəhdət Həftəsi" adlandırdı.

Teqlər