Noy 13, 2020 12:13 Asia/Baku
  • İran səmasının təhlükəsizliyi təmin olunub

İran İslam Respublikası Ordusu Hərbi Hava Qüvvələrinin komandanı deyibdir ki, bu qüvvələr yüksək döyüş gücü, sayıqlıq və döyüş hazırlığı ilə İran səmasının təhlükəsizliyini təmin edirlər.

SəhərAzəri xəbər verir, Aviasiya briqada generalı Əziz Nəsirzadə cümə axşamı günü Təbrizdə F-5 və MİQ-29 taktiki pilotlarının buraxılış mərasimində sonra bildiribdir ki, İran İslam Respublikası Ordusu düşmən təhdidlərinə münasib cavab vermək üçün lazımi gücə və bacarığa malikdir.

Aviasiya briqada generalı Nəsirzadə vurğulayıbdır ki, islami quruluşun düşmənlərinin başında duran Amerika bu istiqamətdə İran xalqına çox sayda iqtisadi, siyasi və mədəni təzyiqlər göstəribdir.

İran İslam Respublikası Ordusu Hərbi Hava Qüvvələrinin komandanı belə bir halda, koronavirus pandemiyası və son ABŞ prezident seçkilərinin bu ölkənin mədəni və qanuni tənəzzülünü daha artıq üzə çıxardığını bildirib. Qeyd edib ki, Amerikanın demokratiya və insan haqları bəhanəsi ilə digər ölkələrin başlarına gətirdiyi bəlalar hazırda onun özünü tutubdur.

Teqlər