Noy 19, 2020 20:19 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti nəqliyyatı istehsalda sıçrayış, ölkənin inkişafı, turizm və dünya ilə əlaqələrin genişləndirilməsinin əsaslarından biri kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü ölkədə magistral yollar və hava limanı sahəsində 13 layihənin istifadəyə verilməsi mərasimində İranın bölgədəki və dünyadakı xüsusi coğrafi mövqeyinə toxunaraq, deyib: "İran səmasından gündəlik 1400 uçuşun keçməsi ölkənin mövqeyinin təkcə hava sektorunda deyil, həmdə dəmir yolu, avtomobil yolu və liman sektorlarında çox xüsusi və dəyərli olduğunu göstərir".

İran İslam Respublikası prezidenti ölkədə magistral yolların istifadəyə verilməsinin avtomobil yollarında hərəkət müddətinin azaldılması və təhlükəsizliyin artmasına səbəb olduğunu bəyan edib və əlavə edib: "Hökumət avtomobil və dəmir yolu nəqliyyatının inkişafı ilə yanaşı, bu sahədə yeni texnologiyalardan istifadə etməyə də çalışıb ki, bu məsələ də ölkənin yollarında yük və sərnişin daşıma sahəsində böyük bir dəyişikliyə səbəb olub.

Ruhani, həmçinin nüvə anlaşmasından sonra 16 ədəd təyyarənin alınmasına da toxunub və deyib: "Əgər ABŞ-ın hazırkı hökumətinin xəbislikləri olmasaydı, İran hökuməti ölkənin bütün hava, dəmir və avtomobil yolları donanmasını modernləşdirmək üçün lazımi planlaşdırmanı aparmışdı".

İran İslam Respublikasının Prezidenti avtomobil, dəmir və hava yolları şəbəkəsinin genişləndirilməsinin ölkənin iqtisadi tərəqqisinə böyük təsir göstərdiyini vurğulayaraq, qeyd edib ki, hökumət bütün məhdudiyyətlərə baxmayaraq, ölkənin nəqliyyat imkanlarını genişləndirmək və dəmir və avtomobil yolu şəbəkəsini müasir texnologiyalar və qurğularla təchiz etmək üçün əhəmiyyətli addımlar atıb.

Bu gün İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə magistral yollar və hava limanı sahəsində 13 layihənin videokonfrans formatında açılışı olub. 

Teqlər