Noy 23, 2020 11:33 Asia/Baku
  • Zərif və Suriyanın yeni xarici işlər naziri arasında telefon danışığı aparıldı

Dünən gecə Xarici işlər nazirimiz Məhəmməd Cavad Zərif və Suriyanın yeni xarici işlər naziri Feisəl Meqdad arasında telefon danışığı aparıldı.

SəhərAzəri xəbər verir, Dünən gecə Məhəmməd Cavad Zəriflə Feysəl Meqdad arasında keçirilmiş telefon danışığında Zərif Feysəl Meqdadı Suriya Ərəb Respublikasının xarici işlər naziri seçilməsi üçün təbrik edib.
Xarici işlər nazirimiz bu telefon danışığında mərhum Suriya Xarici İşlər Naziri Vəlid Əl-Müəllimin vəfatı ilə əlaqədar başsağlığı verərək, iki ölkə arasındakı strateji əməkdaşlığın davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Suriyanın keçmiş xarici işlər naziri Vəlid Əl-Müəllimin ölümündən sonra Suriya xarici işlər nazirinin müavini Feysəl Meqdad, Suriya prezidenti Bəşar Əsəd tərəfindən bu ərəb ölkənin yeni xarici işlər naziri olaraq seçilib.

Teqlər