Noy 24, 2020 19:42 Asia/Baku
  • İranın COVID-19 vaksinləri Ümumdünya Səhiyyə Təşkilatında qeydə alınır

İranda koronavirusla mübarizə üzrə milli qərargahın elmi komitəsinin katibi İranın COVID-19 vaksinlərinin Ümumdünya Səhiyyə Təşkilatında qeydə alınmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Mostəfa Qanei IRNA ilə müsahibədə deyib: İranda bir neçə növ koronavirus vaksini düzəldilməkdədir ki, onların bəziləri heyvanlar üzərindəki sınaq mərhələsini arxada qoyublar və bəzi digərləri isə bu mərhələni başa vurmaqdadırlar.

İranda koronavirusla mübarizə üzrə milli qərargahın elmi komitəsinin katibi söyləyib: İranlı tədqiqatçılar dünyada irəli sürülən bir neçə metoddan ibarət olan koronavirus vaksini üzrə texniki biliyə çatıblar. Onlar var güclərilə tam şəkildə ona nail olmağa çalışırlar.

İranın səhiyyə naziri Səid Nəməki bundan öncə bildirmişdi ki, dörd iranlı şirkət koronavirus peyvəndi istehsalı sahəsində fəaliyyət göstərir və çərşənbə günündən etibarən, bu vaksinin insan üzərində testi barədə lisenziya alacağına ümid edir.

Teqlər