Noy 25, 2020 11:49 Asia/Baku
  • Xatibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, ABŞ Əfqanıstandan məsuliyyətsiz şəkildə çıxmaq və bu ölkənin hüquq qurumlarını məhv etmək üçün gizli səy göstərir.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ-ın Əfqanıstandan çıxarkən, bu ölkədəni yenidən müharibə və qan tökülməsinə sürükləmək üçün səy göstərdiyini bəyan edərək, əlavə edib: "ABŞ Əfqanıstana təcavüz etmiş bir ölkə olaraq, beynəlxalq hüquq normalarına riayət etmək və bölgədən çıxarkən, Əfqanıstanın gələcəyinə yanmış bir torpaq təhvil verməmək üçün məsuliyyət daşıyır". 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi hazırda Ağ Evdəki rejimin gizli sövdələşmələrlə Əfqanıstanın gələcəyini məhv etmək üçün əlindən gələni etdiyini bildirərək, deyib: "İran İslam Respublikası Əfqanıstanın mövcud quruluşları, azlıqların və dinlərin hüquqları və bu ölkə xalqının çətinliklə qazandıqlarının qorunması istiqamətində səy göstərir".

Xətibzadə bütün əfqan tərəflərinin və bütün qrupların bir-birləri ilə tamamilə əfqanlararası bir proses çərçivəsində  danışıqlar aparmağı bacarmalı olduqlarını vurğulayıb və deyib: "İran İslam Respublikası əfqanlararası dialoqun nəticə verməsi və davamlı sülhün bərqərar olunması üçün hər cür səy göstərəcəkdir".

İran İslam Respublikası, region və dünyada nüfuzlu ölkələrdən biri olaraq, həmişə regional böhranları, o cümlədən Əfqanıstandakı böhranı dialoq və siyasi yolla həll etməyə çalışıbdır.

İran İslam Respublikası rəsmiləri hər zaman İranın Əfqanıstandakı səylərinin Əfqanıstan daxilində bu ölkə hökuməti tərəfindən təhlükəsizlik və sabitliyin yaradılmasına yönəlmiş olduğunu və Tehranın bunun üçün səylərini əsirgəməyəcəyini bildiriblər..

Teqlər