Noy 26, 2020 20:44 Asia/Baku
  • İran və Türkiyənin Bakıdakı səfirləri Qarabağı müzakirə ediblər

İran və Türkiyənin Azərbaycan Respublikasındakı səfirləri Qarabağın son durumu barədə məşvərət ediblər.

SəhərAzəri xəbər verir ki, bu barədə İranın Azərbaycan Respublikasındakı səfiri Seyyed Əbbas Mousəvi bu gün öz şəxsi tvitter səhifəsində məlumat paylaşıb.

“Bu gün dostum və qardaşım Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoralla görüşdüm. Səmimi və məhsuladar görüşümüz oldu. Biz ikitərəfli əlaqələrimiz, həmçinin Azərbaycan Respublikası ilə münasibətlər və Dağlıq Qarabağ bölgəsindəki son vəziyyət haqqında fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat yazıb.

Münaqişəli Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı hərbi döyüşlərin yeni mərhələsi Azərbaycan Respublikası və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında üçtərəfli razılaşmanın imzalanması ilə noyabrın onunda başa çatdı və bölgədə atəşkəs bərqərar edildi.

Hal-hazırda Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlıları bu bölgədə atəşkəsə riayət tərzinə nəzarət edirlər.

Teqlər