Noy 27, 2020 17:05 Asia/Baku
  • İranda koronavirusdan ölənlərin sayı %16 azalıb

İran səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on dörd min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 406 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari cümə günü ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on dörd min əlli bir yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan iki min 245 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 922 min 397 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 406 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 47 min 95 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 640 min 65 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər