Noy 28, 2020 07:17 Asia/Baku
  • İranın Rusiyadakı səfirliyi açıqlama verdi

İranın Rusiyadakı səfirliyi görkəmli alim Dr. Fəxrizadənin şəhid edilməsi ilə bağlı açıqlama verib.

SəhərAzəri xəbər verir, İranın Rusiyadakı səfirliyi bir açıqlamda, ölkəmizin görkəmli alimi Möhsün Fəxrizadənin terror edilərək şəhid olması ilə əlaqədar başsağlığı verdi.

İSNA-nın məlumatına görə, açıqlamanın mətnində bildirilir: “İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, İran İslam Respublikası Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Şəhid Dr.Möhsün Fəxrizadənin alçaqlıqla şəhid edilməsini qətiyyətlə pisləyir.
Şübhəsiz ki, bu cür hərəkətlər İran İslam Respublikasının elm və texnologiyanın zirvəsinə çatmaq əzmini zəiflətməyəcək və qeyrətli İran milləti də əvvəlkindən daha əzmkarlıqlq yoluna davam edəcək."

Teqlər