Noy 28, 2020 15:26 Asia/Baku
  • Möhsün Fəxrizadənin şəhadətinə reaksiyalar davam edir

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri dünən cümə günü Tehranın yaxınlığında terror hücumu nəticəsində şəhid edilib. Onun şəhadəti İranın daxilində siyasi simalar və rəsmilər tərəfindən geniş reaksiyalara səbəb olub.

SəhərAzəri xəbər verir, İlk reaksiyada, Müdafiə Nazirliyi qısa bir bəyanatda, İranın nüvə və raket üzrə aliminin terror edilməsi və şəhidliyini rəsmən təsdiqləyib. 

Bu xəbərin ardınca İran Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-mayor Məhəmməd Baqiri bu terrora göstəriş verənləri və onun amillərini çətin bir intiqam gözlədiyini bəyan edərək, vurğulayıb: "Bu layiqli və bacarıqlı direktorun terror edilməsinin ölkənin müdafiə kollektivinə ağır və acı bir zərbə olmasına baxmayaraq, düşmənlər bilməlidirlər ki, şəhid Fəxrizadənin başlatdığı yol heç vaxt dayanmayacaq". 

İslam İngilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-mayor Səlami də öz müraciətində Fəxrizadənin terror edilməsini qınayıb və vurğulayıb: "Şübhəsiz ki, bu böyük cinayətin günahkarları cəzalandırılacaq və Şəhid Farroxizadənin yolu əvvəlkindən daha sürətli davam etdiriləcək."

Ali Baş komandanın hərbi məsələlər üzrə müşaviri və sabiq müdafiə naziri general Dehqan da başsağlığı müraciəti ünvanlayaraq, terror amillərindən intiqamın alınacağını vurğulayıb və qeyd edib ki, İldırım kimi bu məzlum şəhidin qatillərinin üstünə şığıyıb, onları əməllərinə peşman edəcəyik".

İranın müdafiə və silahlı qüvvələrə dəskət naziri Əmir Hatəmi də deyib: "Bu cür xəbisliklər və düşmənçiliklərin və İran xalqına və onların xidmətçilərinə qarşı bu qədər kin-küdurətin hər zaman sionist rejim və onların xarici himayədarları və daxili agentləri tərəfindən şahidi olmuşuq"

İran İslam respublikası prezidenti Həsən Ruhani də deyib: "Bütün düşmənlər bilməlidirlər ki, İran xalqı və rəsmiləri cinayət əməllərini cavabsız qoymaqdan daha şücaətli və qeyrətlidirlər və bu alimin şəhidliyi atom sənayesinin inkişafını zəiflətməyəcək".

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də beynəlxalq ictimaiyyərti, xüsusilə Avropa İttifaqını biabırçı ikili standartlar siyasətlərinə son qoymağa və bu dövlət terrorizmi aktını qınamağa çağırıb.

İran Ordusunun baş komandanı general-mayor Əbdürrəhim Musəvi də İran İslam Respublikasının istənilən sahədə düşmənlərindən qisas almaq hüququnu özündə saxladığını vurğulayaraq, qeyd edib ki, bu cinayətdə ABŞ, sionist rejim və  münafiqlərin cinayətkar əlləri açıq şəkildə görünür.    

İranın Məhkəmə Hakimiyyətinin sədri Seyid İbrahim Rəisi də bir müraciətdə deyib: "Kəşfiyyat və təhlükəsizlik xidmətləri və müvafiq məhkəmə orqanları qısa müddətdə, bütün imkanlarını səfərbər edərək, muzdlu və cinayətkar ünsürləri müəyyən etmək üçün hərəkətə keçməli və bu cinayətdə iştirak edənləri, o cümlədən göstəriş verənləri, təşkilatçıları və nəzarətçiləri məhkəməyə verib, cəzalandırmalıdırlar".

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da "intiqam ayəsi" kimi tanınan Şüəra surəsinin 227-ci ayəsini paylaşaraq, bu hadisəyə münasibət bildirib.

İranın Atom Enerjisi təşkilatının sədri Əli Əkbər Salehi də bir müraciətdə, Fəxrizadənin şəhadətinin İslami İranın keçmişdəkindən daha çox inkişafına səbəb olacağını bəyan edərək, onun şəhid edilməsi münasibətilə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmiyə başsağlığı verib.

Teqlər