Noy 28, 2020 15:36 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri:

İslam İnqilabının Böyük Rəhbəri iranlı nüvə aliminin terror edilməsi cinayətinin amilləri və ona göstəriş verənlərin cəzalandırılması vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei bir müraciət ünvanlayaraq, İranın görkəmli nüvə və müdafiə sahəsi alimi cənab Möhsün Fəxrizadənin şəhidliyi münasibəti ilə başsağlığı verib, bu cinayəti törədənlərin və ona göstəriş verənlərin cəzalandırılması, həmçinin bu şəhidin elmi və texniki səylərinin davam etdirilməsi vacibliyini vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei şəhid nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsindən sonra verdiyi mesajın mətni belədir:

"Allahın adı ilə

بسم‌الله الرحمن الرحیم

Ölkənin qabaqcıl və görkəmli nüvə və müdafiə alimi cənab Möhsün Fəxrizadə cinayətkar və amansız muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, əziz və qiymətli canını Allah yolunda fəda etdi. Bu səbəblə ali şəhidlik məqamı onun ilahi mükafatıdır.
İki vacib məsələ bütün səlahiyyətlilərin gündəmində ciddi şəkildə olmalıdır. Birincisi, bu cinayətin təqibi və cinayətkarların və cinayət əmrini verənlərin qəti şəkildə cəzalandırılması. İkincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin göstərilməsidir.
Möhtərəm ailəsini və ölkənin elmi ictimaiyyətini və müxtəlif sahələrdəki həmkarlarını və tələbələrini bu şəhadət münasibətiylə təbrik və başsağlığı verir, və Allahdan onun məqamını uca etməsini diləyirəm".

Qeyd edək ki,  İranın Müdafiə Nazirliyinin Tədqiqatlar və İnnovasiya Təskilatının sədri Mühsün Fəxrizadə cümə günü terror hücumu nəticəsində şəhid edilib.

Teqlər