Noy 30, 2020 11:33 Asia/Baku
  • Silahlı Qüvvələrin Müdafiə və Dəstək naziri general-mayor Əmir Hatəmi
    Silahlı Qüvvələrin Müdafiə və Dəstək naziri general-mayor Əmir Hatəmi

İranın müdafiə naziri vurğulayib: "Düşmən çox yaxşı bilir ki,heç bir cinayət, terror və axmaq hərəkət İran xalqı tərəfindən cavabsız qalmayacaq".

SəhərAzəri xəbər verir, Silahlı Qüvvələrin Müdafiə və Dəstək naziri general-mayor Əmir Hatəmi bazar ertəsi günü səhər saatlarında Nazirliyin qərargahında keçirilən müdafiə və nüvə sahəsi üzrə görkəmli alim şəhid Möhsün Fəxrizadənin cənazəsinin müşayiət mərasimində deyib: "Bu gün yeniyetmə yaşlarında Tanrısı ilə əhd bağlayan və bu əhddə israr edən və bu gün bu əhdi yerinə yetirərək şəhid olan bir insanlə vidalaşırıq. Cinayətkarlar bilməlidirlər ki, etdiklərinin cəzasını alacaqlar".

General-mayor Hatəmi iranlı nüvə aliminin terror edilməsinə nifrətlərini bildirən bütün dövlətlər və millətlərə minnətdarlığını bildirib və bu hadisədə sakitləşdirməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlara həyasız və azğın terrorçuları dəstəkləməklə onları daha həyzsız və azğın etmələri barədə xəbərdarlıq edib. Niyə ki, gələcəkdə terrorizm onları da hədəfə alacaqdır.

Qeyd edək ki, noyabrın 27-də silahlı terrorçu ünsürlər İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının Rəhbəri və ölkənin nüvə sənayesinin alimlərindən olan şəhid Möhsün Fəxrizadənin avtomobilinə hücum edərək, onu şəhid ediblər. 

İndiyə qədər bir çox ölkə, o cümlədən Rusiya, Venesuela, Cənubi Afrika və Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsini qınayıblar.

Teqlər