Noy 30, 2020 10:41 Asia/Baku
  • Səid Nəməki ölkədə koronavirusun azalmağa başladığını açıqladı

Ölkəmizin səhiyyə naziri Səid Nəməki, xüsusilə yeni məhdudiyyətlərin tətbiq olunduğu bölgələrdə koronavirus xəstəliyinin azalmağa başladığını bildirib.

SəhərAzəri xəbər verir, Dünən, Noyabrın 29-u İranda koronavirus epidemiyasına qarşı mübarizədə “Şəhid Qasım Süleymani planı” adlandırılan dördüncü milli səfərbərlik müşahidə şurasının iclasında ölkəmizin səhiyyə naziri Səid Nəməki bildirib: "Beynəlxalq səlahiyyətlilər İranda gündəlik korona ölüm nisbətinin 800 ilə min nəfərə çatacağını təxmin etdiyinə baxmayaraq, bu çətin vəziyyətdə korona ölümlərinin azaldılması, xalqın və məmurların, xüsusən Bəsic və Kızılay kimi qurumlarının, qeyri-hökumət təşkilatların və Daxili İşlər Nazirliyinin və Milli Corona Qərargahının əməliyyat bazasının iş birliyi və səbri ilə əldə edildi". 
Nazir Nəməki koronavirusa görə, ölənlərin sayının gündə 800 ilə 1000 arasında arta biləcəyinin təxmin edildiyinə diqqət çəkərək, lakin yeni məlumatlar, yeni məhdudiyyətlər və yeni planın hələ təsirini göstərməməsinə baxmayaraq, koronavirus xəstəliyindəki vəziyyətin yaxşılaşmağa başladığını göstərdiyini bildirib: "Ölkə daxilində koronavirusdan şübhələnilən vətəndaşlara PCR testləri tətbiq edən mərkəzlərin sayı ən azı 5 minə çatdırılmalı və vətəndaşların bu cür mərkəzlərə gəlmələri üçün lazımlı rahatlıq təmin edilməlidir".
Səhiyyə sahəsinin könüllü səfərbərləri və səhiyyə işçiləri, Şəhid Qasım Süleymani planı çərçivəsində ehtiyaclı insanlara əsaslı ehtiyaclarını qarşılamaya yardım edir və koronavirus xəstəliyini aradan qaldırmağa kömək edirlər.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İranda koronavirus infeksiyasına yoluxanların sayı 935 min nəfərə çatıb, bu yoluxanlardan 650 min nəfər sağalıb.

Teqlər