Dek 01, 2020 11:36 Asia/Baku
  • Qalibaf şəhid Fəxrizadənin terroruna göstəriş verənlərin cəzalandırılmalarını istəyib

İran İslam Şurası Məclisinin sədri Tehranın, İranın müdafiə və nüvə aliminə qarşı mütəşəkkil terror hərəkətinə göstəriş verənlərin qəti şəkildə cəzalandırılmalarının izlənilməsi üzrə qəti haqqına təkid edib.

SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf BMT-nin baş katibi, islami ölkələrin parlamentlərinin baş katibləri, beynəlxalq birliyin sədri və bəzi parlamentlərin sədrlərinə ünvanladığı ayrı-ayrı müraciətlərdə İranın görkəmli müdafiə və nüvə alimi şəhid Mohsen Fəxrizadənin terror edilməsini pisləyib.

Qalibaf vurğulayıb: Şəhid Fəxrizadənin terroru elə bir halda törədilibdir ki, bu görkəmli müdafiə və nüvə alimi böyük bir rol oynayaraq, təhlükəli koronavirus xəstəliyinin aradan götürülməsi məqsədilə göstərilən beynəlxalq səylərdə iştiraka, həmçinin qadınlar və uşaqlar da daxil olmaqla İran vətəndaşları üçün COVID-19 peyvəndi və ilk yerli diaqnoz borusunun istehsalında iranlı alimlərdən ibarət elmi bir qrupa rəhbərlik edirdi.

İran İslam Şurası Məclisinin sədri sonra bildirib: İlkin fakt və sənədlər ona dəlalət edir ki, öz qara keçmişlərində həssas Qərbi Asiya bölgəsində məqsədyönlü sərhədaşırı terrorlar üzrə uzun siyahıya və ondan da genişinə malik olan bu cinayətin amilləri həmin qeyri-insani terrorun arxasında durublar.

Teqlər