Dek 01, 2020 14:12 Asia/Baku
  • İran və Azərbaycan gömrük və tranzit əməkdaşlığı müzakirə edildi

İran və Azərbaycan Respublikası arasında gömrük və tranzit əməkdaşlığı Astara Gömrük İdarəsinin baş direktoru və Azərbaycan Respublikasının İrandakı səfirinin iştirakı ilə müzakirə edilib.

SəhərAzəri xəbər verir ki, Çərşənbə axşamı səhər saatlarinda Astara Gömrük Baş Direktoru Kərim Rəsuli və Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüsyenovun iştirakı ilə, Astara Beynəlxalq Sərhədində problemlərin həll yolu, gömrük xidmətləri və tranzit əməkdaşlığının gücləndirilməsi məqsədi ilə iclas keçirilib.

Görüşdə İranın Astara Gömrük idarəsinin rəhbəri Kərim Rəsuli Azərbaycan və İran arasında gömrük xidmətləri sahəsində mövcud problemlərin həlli və mövcud potensiallar haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycan və İran arasında dəniz, hava və quru sərhədlərində , eləcə də dəmiryolu sahəsində gömrük potensialı, xüsusilə Astara sərhədində çoxdur və bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına təsir edir. 

K.Rəsuli qeyd edib ki, Astara sərhəd-keçid məntəqəsi üçnövbəli sistemlə 24 saat fəaliyyət göstərir və  iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlığın asanlaşdırılması istiqamətində  bütün gücü ilə çalışır.

Azərbaycanın İrandakı səfiri B.Hüseynov İran Gömrük İdarəsi rəhbərliyinin iki ölkə arasında iqtisadi və ticari əlaqələrin hərtərəfli inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Astara Gömrüyünün dəmiryolu terminalının inkişafı layihəsində çalışan yeni podratçı şirkətin etdiyi dəyişikliklərlə yüklərin yüklənməsi və daşınması prosesi sürətləndiriləcək.

B.Hüseynov ixracat yüklərini daşıyan yük maşınlarının sayının artırılması, Astara sərhəd-keçid məntəqəsində iki ölkə arasnda iqtisadi mübadilənin və ixracatın həcmini artırılması, yük maşınlarının giriş-çıxışının asanlaşdırılması kimi məsələlər haqqında danışıb, hər iki tərəfdə gömrük xidmətlərinin asanlaşdırılmasının zəruriliyini vurğulayıb. 

Teqlər