Dek 14, 2020 17:59 Asia/Baku
  • Tehranın ev sahibliyi ilə tələbələr arasında Şahmat üzrə Asiya Çempionatına start verilib

Tehranda bu gündən etibarən tələbələr arasında şahmat üzrə Asiya Çempionatına start verilib və dekabrın 29-dək davam edəcək.

SəhərAzəri xəbər verir, bu yarışlar İranın Milli Universitet İdmanı Federasiyası və Şahmat Federasiyasının ev sahibliyi ilə onlayn formatında və qızlar və oğlanlar bölmələrində keçirilir.

Bu yarışlarda İran, Çin, Sinqapur, Tayland, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Monqolustan, Oman və Şri-Lankadan 102 şahmatçı iştirak edir.

Teqlər