Dek 18, 2020 07:56 Asia/Baku

Bu barədə İran İslam Respubliksının Prezidenti Həsən Ruhani dövlət televiziyasının efirində deyib.

SəhərAzəri verdiyi məlumata görə, Həsən Ruhani: “Əhali, tibb işçiləri və səfərbər olunan qüvvələrlə birlikdə apardığımız ümumi iş nəticəsində, koronavirusun üçüncü yayılma dalğasının öhdəsindən gəldik”.

Dekabr ayının əvvəllərindən bəri İranda yeni koronavirus hadisələrinin sayında azalma müşahidə olunur.

Beləliklə, bazar günü, 1 noyabrdan bu yana ilk dəfə yoluxma sayı 8 min nəfərdən az olub.

Pandemiya başlandığı gündən bəri yoluxmuş insanların ümumi sayı 1 131 077 nəfər, ölənlərin sayı isə 52 883 nəfər olub. 844 430 nəfər koronavirusa qalib gəlib.

 

 

Teqlər