Dek 29, 2020 12:57 Asia/Baku
  • İranin ilk Covid-19 peyvəndinin insan testi başlanır

Həzrət İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahının mətbuat katibi deyib ki, İranlı tədqiqatçıların istehsal etdikləri COVID-19 peyvəndinin insan üzərində testi bu gün bir neçə könüllüyə peyvəndin vurulması ilə başlayır.

SəhərAzəri xəbər verir, Höccət Nik Maleki bildirib ki, insan üzərində test lisenziyasının alınması ilə bu gün könüllülər üzərində inyeksiya ilə sınağın birinci mərhələsi başlanır.

Nik Malekinin sözlərinə görə, Həzrət İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahı məcmuəsinin «Şəfa Farmed» qrupunun düzəltdiyi koronavirus peyvəndinin insan testinə indiyədək 65 min nəfərdən çox insan könüllü olub və ilk etapda sınaq 56 nəfər üzərində, o da mərhələli surətdə həyata keçiriləcəkdir.

Teqlər