Yan 02, 2021 13:35 Asia/Baku
  • Müqavimət sərkərdələrinin və qəlbləri fəth edənlərin anım mərasimi Bakıda keçirildi

General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmühəndis və onların silahdaşlarının şəhid olmasının birinci ildönümü mərasimi cümə günü səhər və axşam Bakıda iki ayrı mərasimlə keçirilib.

SəhərAzəri xəbər verir, dünən səhər İran İslam Respublikasının səfiri, Ali Rəhbərin Azərbaycan Respublikasındakı nümayəndəsi, İraqın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili və Azərbaycan Respublikasında yaşayan İran qurumlarının bir qrup rəsmisi, Şəhidlər Xiyabanında Azərbaycan Respublikası şəhidlərinin məqbərəsində iştirak edərək, General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmühəndis və Qarabağ müharibəsi şəhidlərinin ruhuna buket hədiyyə edildi və xatirələri ehtiramla anıldı.

Dünən axşam da, İran İslam Respublikası Səfirliyinin mədəniyyət üzrə müşaviri tərəfindən Şəhid Sərdar Hac Qasim Süleymaninin şərəfinə bir veb-seminar keçirilib.

Bu mərasimdə ölkəmizin səfiri, Vəliyyi-Fəqihin nümayəndəsi və səfirliyin mədəniyyət üzrə müşaviri "Hac Qasim" xarakterinin fərqli ölçüləri barədə danışıblar. Seyyid Taleh Bakui Əhli-beyt məddahi da bu mərasimdə mərsiyə oxuyub. 

Bu mərasimdə, Ürəklərin Sərdarının şəhid olmasının birinci ildönümü münasibətilə keçirilən şeir, məqalə, əlyazma, rəsm, oxu və s. bölmələrində mədəniyyət məsləhətçiləri müsabiqələri və səfirlik məktəbi qaliblərinin adları da oxunub.

Teqlər