Yan 03, 2021 16:14 Asia/Baku
  • Dəməşqdə ürəklərin sərdarının şəhadətinin ildönümü günü mərasimi keçirilib

Dəməşq şəhərində Həzrət Ruqəyyə(s.ə)-nın pak ziyarətgahında İran səfiri, müqavimətin yüksək rütbəli komandirləri, zəvvarlar və Əhli-Beyt(ə) hərəmlərinin yaxınlığındakı yerli sakinlərin iştirakı ilə general Soleymani və Əbu-Məhdi Əlmuhəndisin şəhadətlərinin ildönümü mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Suriyanın paytaxtı Dəməşq şəhəri, xüsusən pak hərəmlər son iki gün ərzində müqavimət seyyiduşşuhədası- Hac Qasem Soleymaninin, həmçinin Əbu Məhdi Əlmuhəndisin və onların bir qrup silahdaşının şəhadətlərinin ildönümü günü mərasiminin keçirilməsinin şahididir.

Mərasim iştirakçılarından biri deyir: Biz, Suriya xalqı üçün/ Hac Qasem məzlumların atası idi. O, regionun məzlum xalqlarının hüquqlarını müdafiə etmək üçün zalım qüvvələrin qarşısında dayandı. O, qəlblərin sevimlisidir. Allahın göndərdiyi düzgün insanlardan idi. İmam Husəyn(ə) yolunda qədəm qoyub, canfəşanlıq etmiş böyük komandan idi.

Həzrət Zeynəb(s.ə) musəllası da qəlblərin sərkərdəsinin şəhadətinin ildönümü günü mərasiminin şahidi olubdur.

Mərasimin natiqləri bu yüksək dərəcəli şəhidin təkfirçi İŞİD qruplaşmasının aradan götürülməsindəki rolunu yüksək dəyərləndirdilər.

Suriyadakı milli müdafiə təşkilatlarından birinin fələstinli lideri Məhəmməd Səmarə deyib: "Hac Qasemin komandanlığı altında keçirilən Əbu Kamal əməliyyatında vuruşduq. Bu şəhərin azad edilməsindən sonra duydum ki, bu cür mömin şəxslərin varlığı ilə Fələstinin azad edilməsi əlçatandır".

Mərasimdə bütün ölkələrdən olan müqavimət şəhidlərinin, xüsusən Hac Qasem Soleymaninin tərəfdarları iştirak ediblər.

Suriyada qəlblərin sərkərdəsi- Hac Qasem Soleymani əsl komandan kimi yad edilir ki, terroristlərə qarşı vasitəçilik müharibəsində nəinki İslami İranın maraqlarını himayə edirdi, həm də müqavimət cəbhəsini imperialist cəbhəsi üzərində tarixi qələbəyə çatdırmaq üçün komandanlıq edirdi.

Teqlər