Yan 03, 2021 19:11 Asia/Baku
  • Naxçıvanda şəhid Soleymani haqda kitabın təqdimatı olub

General-leytenant pasdar Qasem Soleymaninin şəhadətinin ildönümü günü ilə bir zamanda İran İslam Respublikasının Naxçıvandakı konsulluğunda «Bizim xoşbəxt dostumuz» adlı kitabın təqdimatı olub.

SəhərAzəri xəbər verir, Astane Qodse Rəzəvi nəşriyyatı tərəfindən çap olunan kitabın azəri tərcüməsi bu təqdimatla qəlblərin sərkərdəsi ilə maraqlananların sərəncamına verilibdir.

Naxçıvan da daxil olmaqla Azərbaycan Respublikası vətəndaşlarına münasib tərtibat və üz qabığı ilə nəşr və azəri dilinə tərcümə olunmuş bu kitab qəlblərin sərkərdəsinin həyatı və mübarizələrinin şərhi haqda ətraflı məlumatı o əziz müsafir ilə maraqlananların sərəncamına verir.

Mərasimdə çıxış edən İranın Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyni regionda zülmlə mübarizədə general Soleymaninin inteqrasiya və vəhdət rolunu təsirli adlandırıb və belə deyib: Regionda şəhadətsevərlik və fədakarlıq ruhiyyəsinin gücləndirilməsi bu böyük şəhidə borcludur.

İranın mədəniyyət mərkəzinin təşəbbüsü ilə həyata keçrilmiş və vebsaytlara yüklənmiş kitabın tərcüməsi qəlblərin sərkərdəsi ilə maraqlananların ixtiyarına qoyulubdur.

Teqlər