Yan 08, 2021 15:54 Asia/Baku
  • Fars Körfəzi sahillərində Sepah-ın raket bazası istifadəyə verilib

Sepah-ın baş komandanının iştirakı ilə Fars Körfəzi sahillərində korpusun dəniz qüvvələrinin strateji raket bazalarından biri istifadəyə verilib.

SəhərAzəri xəbər verir,İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami bu gün səhər bu bazanın açılış mərasimində deyib: Bizim ölkənin ərazi bütövlüyü, suverenliyi və İslam İnqilabının nailiyyətlərini müdafiə etmək üzrə məntiqimiz, güclü olmaqdır.

Sepah-ın baş komandanı sonra söyləyib: Düşmənlərimiz bizim məntiq gücümüzü qəbul etmirlər. Onlar güc məntiqinə söykənirlər. Buna görə, onların hegemonçuluq iradələri və planlarının icbar etdirilməsinin qarşısını almaqdan ötrü, bizim üçün/ müdafiə və hücum üzrə önləyici qüdrətimizi gücləndirməkdən savayı bir yol yoxdur.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı daha sonra deyib: Yüzlərlə kilometr mənzilə və dəqiqliyə malik olan bu raketlər son dərəcə yüksək dağıdıcılıq gücü və düşmənin elektron müharibə təchizatlarından keçmək qabiliyyətinə malikdirlər.

Teqlər