Yan 12, 2021 07:06 Asia/Baku
  • İran hökumətinin sözçüsü əfqan həmkarının öldürülməsinə reaksiya verdi

Prezident köməkçisi və dövlətin mətbuat katibi bir mesajında Kabildə baş verən terror aktını və Əfqanıstan dövlətinin mətbuat katibi Zia vadanın öldürülməsini qınayıb və Əfqanıstan hökumətinə və xalqina başsağlığı verib.

SəhərAzəri xəbər verir, Prezident köməkçisi və dövlətin mətbuat katibi Əli Rəbiyinin mesajında deyilir: "Əfqanıstan hökumətinin və onun yaxın ətrafının nümayəndəsinin öldürülməsi xəbəri İran hökuməti və xalqının kədərlənməsinə səbəb oldu. Əfqanıstan hökumətinin mətbuat katiblərindən birinin və onun yoldaşlarına qarşı torədilən terror aktının xəbəri İran hökuməti və xalqını kədərləndirdi. Həyatını itirmiş şəxslırin və Əfqanıstan hökumətinə və xalqına başsağlığı verərkən bu terror aktını qətiyyətlə pisləyirik".
Əli Rabiyi qeyd edib: "Terror aktı siyasi hədəflərə çatmaq üçün iyrənc və qəbuledilməz bir vasitədir, və bunun etibarsızlıq və zorakılıq dairəsini gücləndirməkdən başqa bir təsiri olmayacaqdır. Əfqanıstandakı qardaşlarımızı və bacılarımızı, terror, zorakılıq və işğala qarşı lazımlı müddətdə yanında olacağımıza inandırırıq".

Teqlər