Yan 12, 2021 20:56 Asia/Baku
  • İran vaksininin ikinci dozası üç könüllüyə vurulub

İranın koronavirusa qarşı peyvəndinin ikinci dozası iki həftə bundan öncə ilk dəfə olaraq test edilmiş üç könüllüyə vurulub.

SəhərAzəri xəbər verir, İran vaksini olan Kovo İran Bərəkət-in insan testinin başlanmasından on dörd gün keçəndən sonra heç bir dərman yan təsirinə və xəstəlik əlamətlərinə malik olmadığına, eləcə də Vaksinə Nəzarət üzrə Ali Komitə tərəfindən lazımi lisenziyaların verilməsinə görə, İranın koronavirusa qarşı peyvəndinin inyeksiyası üzrə ikinci etap bu gün üç ilkin könüllü üzərində başlanıb.

Vaksinin birinci dozası indiyədək on dörd nəfərə inyeksiya edilibdir ki, bu miqdar klinik araşdırma zamanı əlli altı nəfərə çatmalıdır.

Teqlər