Yan 14, 2021 00:24 Asia/Baku
  • Zərif:

İran xarici işlər naziri, bu Nazirliyin BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi tərəfindən ABŞ-ın qınanılması prosesini izləndiyini bildirib.

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad zərif yanvarın 13-də Tehranda "Müqəddəs Müdafiənin Beynəlxalq və Hüquqi Tələbləri" üzrə beynəlxalq konfransın siyasət şurasının iclasında, ABŞ-ın BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi tərəfindən qınanmasının İranın Xarici İşlər Nazirliyi tərəfindən izləndiyini bəyan edərək, deyib: "General-leytenant  şəhid Qasim Süleymani və onun yoldaşlarının terrorunun qanuni təqib yeri İran və İraq məhkəmələridir".

Zərif İraqın Ali Məhkəmə Şurasının ABŞ prezidenti Donald Trampın müqavimət komandirlərinə qarşı terror cinayətinə görə həbs olunmasına dair qərarını xatırladaraq, deyib: "Bu qərar Xarici İşlər Nazirliyi və digər qurumlar tərəfindən həyata keçirilən təqiblər fonunda verilib".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı general-leytenant Hacı Qasim Süleymani və İraqın Xalq Səfərbərlik Qüvvələri Həşdüş-Şəbinin komandir müavini Əbu Mehdi Əl-Mühəndis, silahdaşlarından digər 8 nəfərlə birlikdə 2020-ci il yanvarın 3-də səhər saatlarında Bağdad aeroportu yolunda Ağ Evin terrorçu hərəkətində və ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə bu ölkə hərbçilərinə məxsus PUA-lardan açılan raket atəşi ilə şəhid edildilər.

Məlumata əsasən, Müqəddəs Müdafiənin Hüquqi-Beynəlxalq Tələbləri üzrə Beynəlxalq Konfrans dörd əsas mövzuda, Qəbul etdirilmiş müharibədə beynəlxalq və regional təşkilatların fəaliyyəti , Bəəs rejimini dəstəkləyən regional və regiondan kənar hökumətlərin fəaliyyəti, onların fəaliyyəti nəticəsində dəyən xəsarətlər və təzminatların izah edilməsi və şəhid Süleymaninin terror edilməsinə xatir ABŞ hökumətinin beynəlxalq və hüquqi təqibi mövzusunda keçirilir.

Bu konfransa məqalə göndərmək üçün son tarix 2021-ci il yanvarın 20-si və www.paydari.ir veb saytı vasitəsilədir.

Teqlər