Yan 18, 2021 18:55 Asia/Baku
  • İranla Türkiyə arasında 3 anlaşma sənədi imzalanıb

İranın Dəmir Yolu Şirkətinin icraçı direktoru İranla Türkiyə arasında 3 birgə sənədin imzalanmasından xəbər verib və deyib: "Bu müqavilə iki ölkə arasında yük və sərnişin daşıma gücünü ən yüksək səviyyəyə çatdırmaq istiqamətində imzalanıb".

SəhərAzəri xəbər verir, İranın Dəmir Yolu Şirkətinin icraçı direktoru Səid Rəsuli əlavə edib: "İran və Türkiyə arasında dəmir yolu əməkdaşlıqlarını genişləndirmək zəruridir və dəmir yolu sahəsində iki ölkə arasında anlaşma və əməkdaşlıqlar çərçivəsində, biz koronavirus dönəmində yük daşıma rekordunu qırmışıq".

İranın Dəmir Yolu Şirkətinin icraçı direktoru deyib: "Son 9 ay ərzində 500 min tondan çox yük daşınıb ki, bu rəqəm ilin sonunadək 600 min tona çatdırılacaq".

Rəsuli Türkiyə ilə, İran üzərindən keçərək, Çin, Əfqanıstan və Pakistandan Türkiyəyə çatan şərq-qərb dəhlizinin gücləndirilməsi üçün razılaşmanın əldə edilməsindən xəbər verib və qeyd edib ki, Çinin cənub qolu vasitəsilə Avropa qoşulması, Türkiyə-Əfqanıstan və Türkiyə-Pakistan marşurutları, həmçinin İranın cənub limanlarının Türkiyəyə birləşməsi bu sənədlərin imzalanması ilə sürətlənəcək və əməliyyat mərhələsinə keçəcək.

İran Dəmir Yolu Şirkətinin icraçı direktoru vurğulayıb: İstanbul-Tehran-İslamabad Dəmir yolu adlanan transmilli dəhlizin, Çin ilə Türkiyə arasındakı dəmir yolunu birləşdirilərək, Çinin yeni yol layihəsinə qoşulması gözlənilir.

Teqlər