Yan 18, 2021 19:31 Asia/Baku

İran İslam Şurası Məclisinin sədri Fələstini 21 əsrdə İslam dünyasının amalı kimi dəyərləndirib və deyib: "Amerikan-sionist oxu, fələstinliləri ata-baba yurdlarından qovumaq, onu yəhudiləşdirmək və Əl-Əqsa məscidini dağıtmaqla paralel olaraq, regiondakı İslam ölkələrini parçalamaq ssenarisini izləyir".

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün "Qüdsü dəstəkləyən parlamentlər" mövzusunda keçirilən beynəlxalq vebinarda deyib: "Terrorçu sionist rejimin Fələstinin məzlum xalqına, xüsusilə də Qəzzə zölağına qarşı davamlı cinayətləri tarixin yaddaşından silinməyəcək".

Qalibaf İslam dünyası hökumdarları, beynəlxalq təşkilatlar və insan haqları təşkilatlarının sionist rejimin cinayətləri qarşısında susmasını tənqid edərək, vurğulayıb: "Qanuni bir haq olaraq, müqavimət həll yolunu dəstəkləyərək, Fələstinin əsl sakinləri arasında referendumun keçirilməsi üzrə layihənin BMT-də qeyd edilməsi yolu ilə Fələstin məsələsinin siyasi həllinə, həmçinin xristiyan, yəhudi və müsəlmanlardan ibarət bu əsl sakinlərin referendumda iştirak etməsinə təkid edirik, baxmayaraq ki, sionistlər yalnız güc dilini anladığlarını sübut ediblər".

İran İslam Şurası Məclisinin sədri işğalçı və terrorçu sionistlərin COVİD-19 virusunun yaratdığı böhranlı vəziyyətdə fələstinli əsirlər və məhbuslara vaksinin göndərilməsini qadağan etdiyini bəyan edərək, deyib: "Bu, din, etqad və məzhəbindən asılı olmayaraq, hər insanın vicdanını ağrıdan ikiqat fəlakətdir".

Qalibaf qeyd edib ki, şübhəsiz "əsrin sövdələşməsi" adlandırılan amerikan-sionist planı uğursuz olub və bölgədəki millətlər ayıq və sayıqdırlar və sahib olduqları zəngin İslam mədəniyyəti ilə sionistlərin bölgəyə hakim olmasına icazə verməyəcəklər".

"Qüdsü dəstəkləyən parlamentlər" mövzusunda beynəlxalq vebinar İran İşlam Şurası məclisinin ev sahibliyi və "Qüds bizi birləşdirir" devizi altında Türkiyə, Malayziya, İndoneziya, Yəmən, Pakistan, Əlcəzair, Əfqanıstan, Qətər, Tunis, Livan, Boliviya, Venesuela, İraq, Suriya, Cənubi Afrika və Fələstindən olan nümayəndələrin iştirakı ilə keçirilib.

Teqlər