Yan 20, 2021 15:09 Asia/Baku
  • İranlı şirkətlər 25.5 milyon doza vaksin istehsal edəcəklər

İranlı şirkətlər tərəfindən 25,5 milyon doza koronavirus vaksini istehsal olunacaq

SəhərAzəri İranda koronavirusla mübarizə üzrə milli qərargahın elmi komitəsinin sədri deyib: İran İslam Respublikası öz şirkətləri tərəfindən 25,5 milyon doza koronavirus vaksini istehsal etmək proqramını icra etməkdədir.

 

Mostəfa Qanei sonra belə söyləyib: YUNİSEF-in saytında İran koronavirus vaksini istehsal edən ölkələrdən biri kimi təqdim olunub.

Qanei deyib: Koronavirus vaksini istehsal edən doqquz iranlı şirkətdən üç koronavirus peyvəndi klinik sınaq mərhələsindədir. Həmçinin Kuba ilə İranın Pastor İnstitutu tərəfindən birgə vaksin istehsalı da gündəmdə durur.

Teqlər