İyun 02, 2015 13:35 Asia/Baku
  • Həzrət Məhdi(ə)-ın mövludu
    Həzrət Məhdi(ə)-ın mövludu

Şəban ayının 15-ci günü mövlamız, seyyidimiz və rəhbərimiz həzrət İmaməz-Zaman Məhdi (ə)-ın mübarək doğum günüdür.

Bismillahir rəhmanir rəhim  
  Şəban ayının 15-ci günü mövlamız, seyyidimiz və rəhbərimiz həzrət İmaməz-Zaman Məhdi (ə)-ın mübarək doğum günüdür. Saytımızın kollektivi adından bu mübarək gün münasibətilə bütün dünya və Azərbaycan Əhli-Beyt (ə) ardıcıllarını təbrik edir, Allahu-təaladan yer üzünü ədalət və nurla aydınladacaq həqiqət günəşinin zühur etməsini diləyirik!
Bu məqamda həzrəti Bəqiyyətullahi-Əzəm (əleyhis-səlam)-ın həyatı barədə qısa şəkildə məlumat verməyimiz faydalı olar:
Həzrəti İmaməz-Zaman Məhdi (əleyhis-səlam)-ın adı: İmamın adı Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) mübarək adıdır.
Atası: Vilayət səmasının on birinci günşəi həzrət Həsən əl-Əskəri (əleyhis-səlam).
Anası: Həzrət Nərcis xatun (əleyhas-səlam). Bəzi mənbələrdə xanımın adları həmçinin, Səqil, Məlikə, Süsən, Reyhanə kimi qeyd olunmuşdur.
Künyəsi: İmam Məhdi (əleyhis-səlam)-ın künyəsi əziz babası Rəsulallahın (sallallahu əleyhi və alihi və səlləm) künyəsi ilə eynidir. O həzrətin künyəsi Əbul-Qasimdir.
Ləqəbləri: İmam Zaman (əleyhis-səlam)-ın bir neçə ləqəbi vardır. Bunlardan ən məşhurları Məhdi, Qaim, Bəqiyyətullah, Sahibəz-zəman, Müntəzər və Sahibul-əmrdir.
Dünyaya gəldiyi vaxt: Yer üzü o həzrətin mübarək cəmalının nuru ilə 255-ci hicri ilinin Şəban ayının 15-də, cümə gününün gecəsində işıqlandı və həzrət İraqın Samirra şəhərində dünyaya göz açdı.
İmaməti və qeyb dövrü: Həzrət İmam (əleyhis-səlam) atası İmam Həsən Əsgəri (əleyhis-səlam)-ın 260-cı ilin Rəbiul-Əvvəl ayının 8-ci günündə şəhadətə yetməsindən sonra 5 yaşında ikən imamətə çatdı və bununla o həzrətin kiçik qeyb dövrü də başlamış oldu. İmam (əleyhis-səlam)-ın kiçik qeyb dövrü 69 il davam etdi və 329-cu hicri ilinin Şəban ayının 15-də sonuncu naibin (rizvanullahi əleyh) vəfatı ilə böyük qeyb dövrü başlamış oldu. Böyük qeyb dövrü isə bu günədək davam edir və Allahu-təala o Həzrətin (əleyhis-səlam) əli ilə yer üzündə layiqli bəndələrini varis edənədək davam edəcək.
Naibləri: İmamın kiçik qeyb dövründəki naibləri dörddürlər. Bunlar Osman ibn Səid Əmri, Muhəmməd ibn Osman Əmri, Hüseyn ibn Ruh Novbəxti və Əli ibn Muhəmməd əs-Səmuridir – rizvanullahi-təala əleyhim. Bu dörd naibdən sonra xüsusi naiblik dövrü bitmiş sayılır və hər kəs Süfayninin və güclü səsin baş verməsindən öncə bu işi iddia edərsə azğın iftiraçıdır.
Allahu-təala o Həzrətin (əleyhis-səlam) mübarək zühurunu və fərəcini təcil etsin, o haqq İmamının əli ilə yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və düzlüklə doldursun və o Həzrətin (əleyhis-səlam) vasitəsilə yer üzündə Haqq kəliməsi və Ali-Muhəmməd hakimiyyətini bərqərar etsin, Rəbbimiz bizləri zəmanə İmamını; yer üzünün istiqrar səbəbini, Allahu-təalanın vəlisi və həzrəti Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) haqq xəlifəsini tanıyan, onun (əleyhis-səlam) intizarını çəkən və zühur etdiyi zaman onun yardımına tələsən kəslərdən qərar versin, amin!
/Əhlibeyt/

Teqlər