• Şəban ayının fəzilətləri
    Şəban ayının fəzilətləri

Şaban ayında baş verən mühüm hadisələr. Şəban ayınının fəzilət və bəzi əməlləri.

Şəban ayında İslam tarixində bir sıra mühüm hadisələr baş vermişdir. Beləki, hicrətin 4-cü ili Şəbanın ayının 3-ü Hz.Fatimənin(s.ə) evində şəhidlər sərvəri İmam Hüseyn(ə) dünyaya gəlib. Şəban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın(ə), 5-i isə İmam Zeynəlabidinin(ə) mövlud günləridir. Bu üç bayramı ardıcıl olduğuna görə, müsəlmanlar adətən müqəddəs şəhərlərə ziyarətə yola düşürlər və bu günləri müqəddəs məkanlarda keçirirlər. Ümümiyyətlə, belə aylarda ilahi övliyalarla əlaqə yaratmaq, onlara təvəssül etmək, onları ziyarət etmək xüsusi önəm daşıyır. İnsan həm Allah qarşısında təvazokarlıq edir həm də övliyalar kimi fəzilətli olmaq istəyir. Təvəssül Allahın dərgahına övliyanın vasitəsilə yaxınlaşmaqdır. Təvəssül insana öz əməlləri ilə öyünməməyi, başqa insanlar qarşısında təvazökarlıq etməyi öyrədir. İnsan təvəssül vasitəsilə həyatın əbədi olduğunu, ölümün bir aləmdən digər aləmə keçid olduğunu anladır. Həmçinin əvəssül edilən övliyalar insani fəzilətləri özlərində cəmləşdirmiş şəxslər olublar. Ona görə də onlara ehtiram göstərmək elə insanlığa qoyulan hörmətdir.
Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»
İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır".
Ona görə də gərək bu gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə. Bu gecəyə digər özəllik verən də dövrümüzün imamı Həzrət Mehdinin(ə.f) mövlududur. Miladi 878-ci ildə hazırkı Samirə(İraq) şəhərində dünyanın xilaskarı anadan olmuşdu. Ona görə də bu gecənin əməlləri savabla yanaşı inasan həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşıdır ki, İmam Hüseyni(ə) sonra isə İmam Mehdini(əf) uzaqdan ziyarət etsin, salamlasın. Bu isə o anlama gəlir ki, insan həyatı boyu gərək ayıq yaşasın, qafil olmasın. İmam Hüseyn(ə) kimi Haqq uğrunda canından keçməyə hazır olsun, özünün və cəmiyyətin islahı, rifahı üçün çalışsın ki, İmam Mehdinin(ə.f) zühüru yaxınlaşsın və dünyada sülh, əmin-amanlıq bərqərar olsun. Nə qədər ki, insanlar özlərini düçünür, dünyada ədalət hakim ola bilməz. İnsan dua edərkən, ilk öncə başqalarının yaxşılığını istəməlidir, başqalarını özündən çox düşünməlidir. Bunun üçün isə insana möhkəm iradə və əzmkarlıq lazımdır. İnsanın iradəsini gücləndirən ən böyük ibadət isə orucdur.
Şəban ayınının fəzilət və əməlləri
Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki, buyurur: «Şəban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şəban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».
Şəban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:
1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:
«Əstəğfirullahə və əsəluhut-təubə»
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nə`budu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.
4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.
Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır. Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.
/Əhli-beyt internet qəzeti/
May 31, 2015 18:09 Asia/Baku
Şərhlər